ABŞ-da media böhranı: Xarici İşlər Nazirliyi 6 KİV-in abunəliyini ləğv etməyi əmr edib

ABŞ Xarici İşlər Nazirliyi öz işçilərinə ABŞ-dakı altı KİV-in abunəniliyini ləğv etməyi tapşırıb.
"Washington Post" qəzetinin yazdığına görə, media təşkilatları da Donald Tramp administrasiyasının federal ixtisarından təsirlənib.
ABŞ Xarici İşlər Nazirliyi ilk dəfə fevralın 11-də dünya üzrə diplomatik postlarına kritik əhəmiyyət daşımayan media abunəliklərini ləğv etməyi tapşırıb.
Fevralın 14-də Xarici İşlər Nazirliyinin əməkdaşlarına ABŞ-da "The Economist", "The New York Times", "Politico", "Bloomberg News", "The Associated Press" və "Reuters" kimi KİV-lərə abunəni ləğv etmək göstərişi verilib.
Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin əməkdaşları müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.