Palata: ETSN-in tullantılarla bağlı cərimələri formal xarakter daşıyıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tullantılarla bağlı cərimələr tətbiq edərkən aidiyyəti qurumlarla koordinasiyanı düzgün həyata keçirməyib.


APA xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı təhlükəsiz tullantıların idarə olunması auditinin nəticələrində bildirilib.

Qeyd edilib ki, ETSN-nin 12 regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən təhlükəsiz tullantıların hərəkəti ilə bağlı pozuntulara yol verilməsi kimi sənədləşdirilməklə tətbiq edilmiş inzibati cərimələr üzrə debitor borcların məbləğinin auditlə əhatə olunan dövrdə 2,7 dəfə artıb. Tətbiq edilmiş cərimələrin 2021-ci ildə 11,9 %-i, 2022-ci ildə 8,9%-i və 2023-cü ildə 11,7%-i məhkəmə qərarları ilə ləğv olunub. Bu isə o deməkdir ki, qanunvericiliklə müəyyən edilmiş nəzarət səlahiyyətləri səmərəli və nəticəli şəkildə reallaşdırılmayıb, o cümlədən monitorinqlərin planlaşdırılması və yerinə yetirilməsi işləri aidiyyəti qurumlarla koordinasiyalı formada həyata keçirilməyib. Monitorinqlərin nəticələrinin rəsmiləşdirilməsi isə təhlükəsiz tullantıların idarə olunmasının optimallaşdırılması baxımından inzibati təsir mexanizmindən daha çox formal xarakter daşıyıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu