Səkkiz rus mediasının Aİ ölkələrində yayımı qadağan edilir

Avropa İttifaqı Rusiyanın səkkiz media orqanının ittifaq ölkələrində yayımına qadağa tətbiq edəcək.
AFN.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb. Qadağa 16-cı sanksiya paketi çərçivəsində həyata keçiriləcək.
Bildirilir ki, Aİ-nin son sanksiyalar paketi həmçinin Rusiyanın 13 bankının SWIFT qlobal ödəniş sistemindən ayrılmasını nəzərdə tutur.