Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün yeni fond yaratmaq istəyir

Avropa İttifaqı özünü Rusiyanın işğalından müdafiə etdiyi üçün Ukraynaya hərbi yardım üçün maliyyə ayırmağa yeni müxanizm axtarır.
AFN.az xəbər verir ki, bu barədə Polşa mediasında mövcud sənədə istinadən xəbər yayıb. Bildirilir ki, Aİ səfirləri təşkilata üzv dövlətlərin könüllü töhfələri hesabına maliyyələşəcək yeni fondun yaradılması təşəbbüsünü müzakirə etməyə başlayıblar.
Material müəllifləri qeyd edirlər ki, əsas məqsəd Ukraynanın iri çaplı artilleriya döyüş sursatları, hava hücumundan müdafiə sistemləri və uzaq mənzilli raketlər, Ukrayna Silahlı Qüvvələri briqadalarının bərpası və Ukrayna hərbi sənayesinə dəstək kimi ən aktual müdafiə ehtiyaclarını ödəməkdir.
Fond üzv dövlətlərin milli gəlirlərinə mütənasib olaraq könüllü töhfələr, habelə dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına maliyyələşdiriləcək ki, bu da Aİ ölkələrinin maliyyə yükünü azaltmağa kömək edəcək. "Beləliklə, Avropa ölkələri dəstəyi necə təmin edəcəklərinə qərar verə biləcəklər. Bu, Ukraynaya silah tədarükü və ya ümumi fonda töhfələr vasitəsilə reallaşacaq" - deyə yazıda qeyd edilir.