UNEC-in elektron sisteminə kiberhücum olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elektron sisteminə kiberhücum olub.
Bu barədə AFN.az-a UNEC-də təhsil alan tələbələr məlumat verib. Bildirilir ki, təxminən bir həftə öncə baş verən kiberhücum nəticəsində UNEC müəllimlərinin şəxsi məlumatları ələ keçirilib: "Yaranmış problemə görə imtahanın vaxtı da dəyişdirildi bir neçə dəfə".
UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Ömərova AFN.az-ın sorğusuna cavab olaraq kiberhücumun olduğunu təsdiqlədi. "Amma universitet bundan hər hansı zərər görmədi. Nəticələr bir neçə saat ərzində aradan qaldırıldı" - deyə o bildirib.
E.Ömərova qeyd edib ki, hazırda baş verən hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.