“Mega Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə salıb?- 62 gündür...


Vətəndaş Faris Cəfərov “Meqa Sığorta” şirkətindən şikayətçidir.


AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb. Vətəndaş iddia edir ki, mənzilində 62 gün əvvəl sığorta hadisəsi baş verib.

“Meqa Sığorta dəyən zərəri 50%-dən də aşağı qiymətləndirdi. Tələb etdim ki, müstəqil ekspert dəymiş ziyan qiymətləndirsin”.

Şikayətçi deyir ki, Mərkəzi Bankın saytında müstəqil ekspertlərin siyahısından seçim edib. “Hansını seçirəm “Meqa Sığorta” şirkətinin əməkdaşı bildirir ki, həmin ekspert fəaliyyət göstərmir.

Mərkəzi Bankın qaynar xəttinə zəng etdim. Maraqlıdır ki, çox normal formada deyirlər ki, ola bilər ki, biz siyahıda göstərək amma onlar fəaliyyət göstərməsinlər. Artıq bilmirəm müstəqil eksperti hansı qonşu dövlətin saytından seçim ki, həm fəaliyyət göstərsin, həm də şirkətə sərf eləsin ki, onu qəbul eləsin”.

Vətəndaş deyir ki, çıxılmaz vəziyyətdə qalıb. “Sonra utanmaz-utanmaz deyirlər ki, evi sığorta etməyənlər İXM-ə uyğun cərimələnəcək. Əvvəlcə sığorta sistemini normal qaydada düzəlt, cərimə barədə danış. Sığortaya hər il əlimizlə verdiyimizi qolumuzla ala bilmirik” – deyə şikayətçi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu