Ərəb və Aralıq dənizi ölkələri yanğınlarla mübarizə üçün şəbəkə yaratmağı planlaşdırır


Mərakeş Milli Su və Meşə Agentliyinin baş direktoru Abdelrahim Humi ərəb və Aralıq dənizi ölkələrinin meşə yanğınları ilə mübarizə üçün şəbəkə yaradacaqlarını açıqlayıb.



Mərakeş xəbər agentliyi MAP-da yer alan xəbərə görə, Humi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Mərakeş Milli Su və Meşə Agentliyi tərəfindən Türkiyə də daxil olmaqla təxminən 18 ölkənin iştirakı ilə Rabatda təşkil edilən “Meşə yanğınlarının inteqrasiyalı idarə edilməsi” adlı dörd günlük beynəlxalq konfransın açılışında çıxış edib.

Humi konfransın bütün aidiyyəti ölkələr arasında yanğın riskləri ilə mübarizə şəbəkəsi yaratmaq məqsədi daşıdığını bildirib və bunun təbii sərvətlər üçün təhlükə yaradan meşə yanğınlarının idarə olunması ilə bağlı təcrübə mübadiləsi və birgə işə başlamaq üçün fürsət olduğunu qiymətləndirib.

FAO-nun Regional Ofisinin Ətraf Mühit və Meşə Təsərrüfatı Proqramları üzrə Baş Mütəxəssisi Feda Haddad “Son vaxtlar Yaxın Şərq regionunda və xüsusilə də Ərəb regionunda yanğınlar əhəmiyyətli dərəcədə artıb” deyib.

Haddad qeyd edib ki, yanğınların təsirinə məruz qalan ərazilər kiçik olsa da onların yerli icmalara, iqtisadiyyata və ekosistemə təsirləri böyükdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu