BMT ABŞ-da transgenderlərin qadınlara qarşı yarışmasına qoyulan qadağanı dəstəkləyir


BMT-nin qadınlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi Reem Alsalem ABŞ prezidenti Donald Trampın transgender kişilərin qadın idmanında iştirakını qadağan etmək qərarını alqışlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin yaydığı press-relizdə deyilir.

"Bu qərar idmanda gender kateqoriyalarının saxlanmasının, bununla da qadınlar və qızlar üçün bərabər imkanların təmin edilməsinin vacibliyini təsdiqləyir", - Alsalem bildirib. Xüsusi məruzəçi həmçinin ABŞ-ın qadın idmanında ədalətliliyi və təhlükəsizliyi təmin edən siyasətləri inkişaf etdirmək üçün böyük idman təşkilatları ilə işləmək qərarını, habelə Vaşinqtonun qadınların idman kateqoriyalarını cinsinə görə qorumaq üçün beynəlxalq qaydaların BMT-də müdafiəsinə hazır olduğunu dəstəkləyib.

Fevralın 5-də Tramp cinsiyyət dəyişikliyi yaşayan kişilərin qadın idmanında iştirakını qadağan edən sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu