“Qalatasaray” – “Adana Dəmirspor” matçının VAR hakimi haqqında qərar


Türkiyə Superliqasının 23-cü turundakı “Qalatasaray” – “Adana Demirspor” oyununun VAR hakimi Yakob Sundberq artıq çempionatda təyinat almayacaq.


Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar çıxarıb.

TFF danimarkalı referiyə bir daha etimad göstərməyəcəklərini bildirib.

Qeyd edək ki, “Adana Dəmirspor” ilk hissədə oyunu yarımçıq tərk edib. Klubun prezidenti Murat Sancak bildirib ki, bu qərarı TFF və MHK-yə etiraz olaraq verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu