ABŞ-ın Tennessi ştatında güclü qasırğa nəticəsində iki nəfər ölüb


ABŞ-ın Tennessi ştatında güclü qasırğa nəticəsində iki nəfər ölüb. Ştat rəsmilərinin bildirdiyinə görə, şiddətli fırtına Morgan County bölgəsinin çox hissəsini təsir edib.



Rayonda eyni evdən olan ana və qızı fırtına nəticəsində həyatını itirib.

Morgan County Fövqəladə Hallar İdarəsi və Daxili Təhlükəsizlik Agentliyi verdiyi açıqlamada fırtınada 3 nəfərin yaralandığını bildirib.

Bəyanatda şiddətli fırtınanın ciddi maddi ziyana, yaralanmalara və insan tələfatına səbəb olduğu bildirilir.

"PowerOutage.us"un məlumatına görə, fırtına səbəbindən bölgədə 2700-dən çox insan işıqsız qalıb.

Binanın zədələnməsini qiymətləndirmək üçün əraziyə Tennessi Yolu Patrul bölmələri göndərilib.

Morgan County School District-in saytında verilən açıqlamaya görə, fevralın 7-də fırtınanın vurduğu əhəmiyyətli ziyan səbəbindən rayondakı bəzi məktəblərin fəaliyyəti dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu