İngiltərədə hər 10 gəncdən 8-i bıçaq və ya kəsici alətlə öldürülür - STATİSTİKA
![](/uploads/posts/2025-02/bicaq.jpg)
İngiltərə və Uelsdə 2023-cü ilin martından 2024-cü ilin martına qədər öldürülən hər 10 gəncdən 8-nin bıçaq və ya kəsici alətlə öldürüldüyü bildirilir.
Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2023-2024-cü illərdə 13-19 yaş qrupunda 64 qətl qurbanından 53-ü (83 faiz) bıçaq və ya kəsici alətlə öldürülüb. Belə ki, hər 10 gəncdən 8-nin belə alətlərlə qətlə yetirildiyi və kəsici alətlərdən istifadə ilə törədilən cinayətlərin ümumi orta göstəricisi olan 46 faizlə müqayisədə bu göstəricinin kifayət qədər yüksək olduğu vurğulanıb.
ONS məlumatları üzə çıxarıb ki, kəsici-deşici alətlərlə törədilən adam öldürmələr həm gənclər, həm də geniş əhali arasında artmaqdadır.
2023-cü ilin martından 2024-cü ilin martına qədər ölkədə kəsici alətlərlə törədilən qətllərin 15 faizini (40 nəfər) 18 yaşdan kiçik şəxslər təşkil etdiyi halda, bu nisbət son 10 ilin ən yüksək səviyyəsi olaraq qeydə alınıb.
ONS bildirib ki, həmin dövrdə kəsici alətlə öldürülən 40 gəncin 30 faizi ağdərili, 28 faizi qaradərili, 40 faizi isə digər etnik mənşəli (Asiya və ya qarışıq) olub.