Zelenski diplomatiya üçün Putinlə görüşməyə hazır olduğunu bildirib


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək istədiklərini və lazım gələrsə, bu istiqamətdə Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.



Zelenski Telegram hesabından verdiyi açıqlamada ölkəsində danışıqlar aparan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Bassonu qəbul etdiyini bildirib.

Prezident Aparatında keçirilən ikitərəfli görüşdə AYİB tərəfindən Ukraynada müharibədən zərər çəkmiş insanlara yardımın göstərilməsi məsələlərinin müzakirə edildiyini deyən Zelenski, “yardımların genişləndirilməsi, özəl sektora birbaşa investisiyaların artırılması və bank sektorunda əməkdaşlıq məsələlərinin müzakirə edildiyini” bildirib.

İkitərəfli görüşdən sonra Zelenski Odil Renaud-Basso ilə keçirdiyi mətbuat konfransında ölkəsində davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib.

Müharibəyə son qoymaq üçün Rusiya prezidenti Putinlə görüşmək imkanının olub-olmaması ilə bağlı suala cavab verən Zelenski "Əlbəttə, həm ABŞ, həm prezident Donald Tramp, həm də Aİ ölkələri Rusiyasız, Putinsiz diplomatiyanın mümkünsüzlüyünə inanırlar. Ona görə də dedim ki, əgər bu müharibənin bizim üçün necə bitəcəyi ilə bağlı razılığa gələ bilsək, mən Putinlə danışmağa hazıram" qeyd edib.

Zelenski "Ancaq mən hələ də düşünürəm ki, Tramp Putini müharibəni bitirməyə məcbur edə bilər" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu