Kobaxidze: ABŞ səfirliyi və USAİD Gürcüstan dövlətinə qarşı fəaliyyət göstərib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Katibi Marko Rubionun USAİD-in fəaliyyəti ilə bağlı bəyanatına cavab olaraq bildirib ki, ABŞ-ın Gürcüstandakı səfirliyi və USAİD, həmçinin NED və digər qurumlar gürcü xalqına və Gürcüstan dövlətinə qarşı birgə fəaliyyət göstərib.


Bu barədə Gürcüstan mediası məlumat yayıb.

Gürcüstanın baş naziri ümid etdiyini bildirib ki, yeni administrasiya dövründə ABŞ səfirliyinin gürcü xalqına və Gürcüstan dövlətinə münasibəti dəyişəcək və səfirlik, USAID, NED və digər müvafiq strukturlar arasında mövcud olan çirkin koordinasiya dayandırılacaq.

“Dəyişikliklərə gəlincə, onlar eyni dərəcədə USAID, NED və səfirliyin fəaliyyətinə təsir göstərməlidir. Biz çox ümid edirik ki, yeni administrasiya dövründə, ilk növbədə, ABŞ səfirliyinin gürcü xalqına və Gürcüstan dövlətinə yanaşması dəyişəcək və səfirlik, USAİD, NED və digər müvafiq strukturlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacaq”, - deyə İrakli Kobaxidze bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu