ABŞ Gürcüstanda təhsilin inkişafına 14 milyon dollar ayırır


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün Gürcüstana 14 milyon dollar ayıracaq.


USAİD mütəxəssislərinin fikrincə, ölkədə təhsilin keyfiyyəti regionun digər orta gəlirli ölkələri ilə müqayisədə aşağıdır.

“Vəsait müəllimlərin ilkin hazırlığı proqramlarının keyfiyyətinin yaxşılaşdırılmasında, məktəb rəhbərlərinin təhsil prosesində lider kimi potensialının artırılmasında, eləcə də mərkəzsizləşdirmə siyasətinin həyata keçirilməsinin effektivliyinin artırılmasında Gürcüstan hökumətinə dəstək olacaq”, – məlumatda deyilir.

Bundan başqa, amerikalı ekspertlərin fikrincə, gürcü məktəblərində gender stereotipləri üstünlük təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu