ABŞ Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün 25 milyon dollar ayırır


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistan iqtisadiyyatına dəstək üçün büdcəsi 25 milyon dollar nəzərdə tutulan yeni proqrama start verməyi planlaşdırır.



AFN xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb.

Qeyd olunub ki, “USAİD-in “Dayanıqlı Ermənistan üçün İqtisadi Fond” layihəsi Ermənistanın iqtisadi təhlükəsizliyini, eləcə də iqtisadi artım dövrlərindən faydalanmaq və iqtisadi tənəzzül dövrlərinin öhdəsindən gəlmək imkanlarını gücləndirəcək.

Proqram beş il üçün nəzərdə tutulub. Bildirilib ki, bu müddət ərzində podratçılar respublikanın dövlət orqanları, o cümlədən iqtisadiyyat və yüksək texnologiyalar sənayesi nazirlikləri, eləcə də özəl sektorun nümayəndələri ilə qarşılıqlı əlaqədə olmalıdırlar. Layihə üçün 25 milyon dolların ayrılması planlaşdırılır.

Sənəddə deyilir ki, bu layihə iqtisadi zəifliyin əsas səbəblərinə yönəldiləcək və belə çağırışlar qarşısında Ermənistanın iqtisadi sabitliyini gücləndirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu