Direktor və müavinlərinin işə qəbulunda dəyişiklik ediləcək
![](/uploads/posts/2025-02/emin-emrullayev2.jpg)
Orta məktəblərə direktor təyinatında namizədlərin sertifikasiya balı nəzərə alınacaq.
Trend xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, ümumi təhsil müəssisələrinə direktor müavinlarinin işə qəbulunda da namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi nəzərə alınacaq.
"Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər",- deyə o əlavə edib.