Şahnaz Bəylərqızı saxlanıldı
“Toplum TV”nin əməkdaşı Şahnaz Bəylərqızı saxlanılıb.
Bu barədə onun yaxınları məlumat yayıb.
“Toplum TV”də veriliş aparıcısı işləmiş Ş.Bəylərqızının evində axtarış aparılıb. O, istintaqa cəlb edilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Qeyd olunub ki, Hüseynova Şahnaz istintaq zərurəti ilə əlaqədar saxlanılıb. Araşdırma aparılır.