ABŞ Qırmızı dənizdə husilərə erkən xəbərdarlıq sistemi yerləşdirir


ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə Yəmənin Ənsar Allah (Husi) hərəkatının Amerika gəmilərinə hücumlarına hazırlıqları qeydə almağa və onların təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən tədbirlər görməyə imkan verən hərtərəfli analitik sistem yerləşdirməyə nail olub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbərinin müavini, vitse-admiral Bred Kuper məlumat verib.

“Bu, taktiki koordinasiya axınını dəyişməyə və Qırmızı dənizdə taktiki üstünlük yaratmağa imkan verdi. Sistem çoxlu sayda mənbədən məlumat toplayır. Biz ondan hər saat olmasa da, hər gün istifadə edirik, onun sayəsində qərar qəbuletmə sürəti artır”, – deyə "Defense One" portalı onun açıqlamasından sitat gətirib.

Sistem gəmilərin böyük həcmdə məlumatları emal edən dünyanın müxtəlif yerlərində yerləşən ABŞ hərbi-dəniz bazalarının analitik mərkəzləri ilə operativ əlaqəsinə əsaslanır. Analitikanın effektivliyi peyk və digər məlumat növlərinin emalı üzrə ixtisaslaşmış hərbi və özəl şirkətlərin sıx əməkdaşlığı ilə təmin edilir. Prosesdə həmçinin süni intellektdən istifadə olunur ki, bu da nəticədə alınan təsvirlərin işlənməsini xeyli sürətləndirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu