Xizək kurortunda xaos: "Tiktok" fenomeni paylaşdı, 10 min ziyarətçi gəldi
İtaliyanın məşhur xizək kurortlarından biri olan Rokkaraso həftə sonu sosial şəbəkələrdə yayılan görüntülərdən sonra xaosa qərq olub.
"TikTok"da edilən paylaşımlar təxminən 10.000 günlük turistin şəhərə axınına səbəb olub.
Hadisə Neapolda yerləşən tur şirkətləri sosial media fenomeni Rita De Crescenzonun yazılarından ilhamlanaraq ucuz turlar təklif etməyə başlayanda sonra baş verib.
Təxminən 220 avtobusla Rokkarasoya gələn ziyarətçilər xizək qaydalarına riayət etməməkdə və müxtəlif əşyalardan doğaçlama kirşələr düzəltməklə yamaclarda təhlükə yaratmaqda ittiham ediliblər.
Bundan başqa, bəzi turistlərin açıq yerlərdə manqal bişirməsi, zibillərini əraziyə qoyması da sərt reaksiyalara səbəb olub.
Rokkaraso meri Françesko di Donato icazəsiz avtobusların qəsəbəyə daxil olmasının böyük təhlükəsizlik riski yaratdığını bildirib.
Normalda həftə sonları 35.000 ziyarətçiyə ev sahibliyi edən qəsəbəyə cəmi bir gündə 10.000 insan gəldiyi üçün təhlükəsizlik qüvvələri tədbir görməli olub. Yerli hökumət sıxlığa nəzarət etmək üçün avtobusların girişini məhdudlaşdırıb.
Səlahiyyətlilər gələn həftə sonu üçün tur rezervasiyalarının iki dəfə artdığı üçün əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyini açıqlayıb.