Kibertəhlükəsizlik üzrə tanınmış ekspert həbs edildi
Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib.
Bbu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz paylaşım edib.
O qeyd edib ki, ekspert qanunsuz narkotik maddə daşımaqda ittiham edilib. O.Gündüzün sözlərinə görə, İ.Əliyev 1 ildir saxlanıb, lakin ailəsi məsələnin ictimailəşməsini istəməyib. Mütəxəssis həmkarına qarşı irəli sürülən ittihama inanmadığını qeyd edib.
İ.Əliyev məhkənin qərarı ilə 4 il azadlıqdan məhrum edilib.