KİV: Afrika qitəsi gözləniləndən tez parçalanacaq


Mütəxəssislər bildirirlər ki, Afrika qitəsinin parçalanması əvvəllər düşünüldüyündən xeyli tez baş verəcək.


AFN.az-ın xəbərinə görə, belə bir məlumatla "Daily Mail" çıxış edib.

Nəşr bildirir ki, Efiopiya səhrasındakı 35 mil (56,5 km) uzunluğunda çat 2005-ci ildə açılıb, o vaxtdan bəri hər il yarım düym (təxminən 1,5 sm) böyüyür.

Kaliforniya Universitetinin professoru Ken MakDonald yeni hesablamalara istinadən qitənin bir-beş milyon il ərzində parçalanacağını bildirib. Elm adamları əvvəllər bu prosesin on milyonlarla il davam edəcəyini proqnozlaşdırırdılar.

"Nə baş verə bilər ki, Hind okeanının suları indi Şərqi Afrikanın Rift Vadisi olan ərazini su altında saxlaya bilər" - deyə MakDonald bildirib.

Məqalə müəllifləri də öz növbəsində Afrikanın parçalanmasından sonra Yer kürəsində yeni qitənin və Atlantik okeanı qədər dərinləşə biləcək başqa okeanın yarana biləcəyinə aydınlıq gətiriblər.

Professorun fikrincə, yeni quru ərazini "Nubiya qitəsi" adlandırmaq olar.

MakDonaldın vurğuladığı kimi, çatın olduqca yavaş böyüməsinə baxmayaraq, Afrikanın nəhəng ölçüsünü nəzərə alsaq, hələ də təsir edicidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu