Səfir tərəfindən döyüldüyünü deyən diplomatla bağlı rəsmi açıqlama


Azərbaycanın Yunanıstandakı Səfirliyinin birinci katibinin diplomatik fəaliyyətinə xitam verilib.


AFN.az xəbər verir ki, bu barədə XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Rəhman Şahhüseynli adlı əməkdaş, həqiqətən də, Azərbaycanın Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində işləyib. Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə verilmiş məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.

Bir neçə ay ərzində Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.

Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.

Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-in mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Rəhman Şahhüseynlinin döyülməsi barədə məlumat yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu