İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi istefa verəcəyini açıqlayıb


İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi istefa verəcəyini deyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o istefasının səbəbini 7 oktyabr 2023-cü ildəki hərbi uğursuzluqla əlaqələndirib.

"Hərbi uğursuzluğa görə məsuliyyəti boynuma alaraq istefa verəcəm. IDF əhəmiyyətli irəliləyiş əldə edib və girovların azad edilməsi haqqında sazişin icrası prosesindədir. Qalan vaxtımda (qərargah rəisi kimi) mən araşdırmaları başa çatdıracağam və təhlükəsizlik məsələlərinin həllində İDF aparatının işini dəstəkləyəcəm".

Qeyd edək ki, Herzi Halevinin dekabrda da istefa verəcəyi xəbəri yayılmışdı, lakin bu, reallaşmamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu