Ötən il doğulanların çoxu oğlan uşaqları olub


2024-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94246 doğulan körpə qeydə alınıb.


Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.

Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub.

Bildirilib ki, körpələrdən 3090-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu