Hava ilə bağlı xəbərdarlıq


Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yanvarın 18-i axşamdan 19-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-i axşamdan 20-si gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. 19-u gündüz yağıntıda qısa müddətə fasilə olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu