Alimlərdən xəbərdarlıq: Evə aldığınız bitkilərdən ilan çıxa bilər


Alimlər qurbağaların, kərtənkələlərin, ilanların və həşəratların kəsilmiş çiçəklərdə və dibçək bitkilərində daşınması barədə xəbərdarlıq ediblər.


Kembric Universitetinin tədqiqatçıları bildiriblər ki, bitki və çiçək ticarəti sürətlə inkişaf edir və bu cür invaziv zərərvericilər kənd təsərrüfatı sahələrinə və vəhşi təbiət tarazlığına ciddi ziyan vura bilər.

Alimlər vurğulayıblar ki, qlobal bitki ticarəti genişləndikcə daha sərt yoxlamalar və istehsal standartları təcili olaraq həyata keçirilməlidir.

Mütəxəssislər, xüsusilə Şərqi Afrika və Cənubi Amerikadan gələn bəzək bitkiləri ticarətinin sürətlə artdığını, mövcud sərhəd nəzarətinin qeyri-kafi olduğunu və zərərli orqanizmlərin gömrük yoxlamalarından asanlıqla keçə bildiyini bildiriblər.

Bldirilib ki, ən yaxşı tədbirlər görülsə belə, arzuolunmaz sərnişinlər daim gömrük nəzarətindən keçirlər.

Tədqiqatçılar 2017-2018-ci illər arasında Hollandiyada gömrükdə aşkar edilən bəzək bitkiləri zərərvericilərini araşdırıb və 2021-2023-cü illər arasında Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Departamentinə bildirilən halları təhlil ediblər.

Mütəxəssislər bildirirlər ki, istehsal proseslərində daha sərt nəzarətlər həyata keçirilməli, risklər müəyyən edilməli və ölkələr arasında məlumat mübadiləsi artırılmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu