Qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü


Zaqatala Xəstəxanasında azyaşlı ölümü qeydə alınıb.


“Qafqazinfo”nun məlumatına görə, valideynləri bu gün səhər saatlarında rayonun Danaçı kənd sakini, 2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirib.

Həkimlər müayinə zamanı azyaşlıda qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğunu müəyyən edib və uşaq təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan müdaxilələrə baxmayaraq, axşam saat 19 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu