Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi ilə bağlı Dövlət Dəniz və Liman Agentliyi açıqlama verib.
AFN.az-ın xəbərinə görə, qurumun mətbuat katibi Pərvanə İmanova APA-ya bildirib ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
O qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində “Caspian Marine Services B.V.” şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub:
“Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib”.