Almaniyada 2024-cü ildə ifrat sağçı cinayətlərin sayı artıb


Almaniyada 2024-cü ildə törədilən ifrat sağçı cinayətlərin əvvəlki illə müqayisədə artdığı açıqlanıb.



Alman media orqanı "Redaktionnetzwerk Deutschland"ın (RND) Sol Partiyanın parlament sorğusuna əsaslanan xəbərinə görə, polis 2024-cü ilin əvvəlindən noyabrın 30-na qədər 33 min 963 ifrat sağçı cinayət aşkar edib.

Federal Kriminal Polis İdarəsi (BKA) 2023-cü ildə ümumilikdə 28 945 ifrat sağçı cinayəti qeydə alıb. Belə ki, 2024-cü ildə cinayət nisbəti əvvəlki ilə nisbətən 17,34 faiz artıb.

Aşkar edilmiş 33 min 963 cinayətdən 1136-sı şiddət cinayətləri kimi qeydə alınıb.

Qanuna zidd davranışlardan 21 min 311-i “təbliğat”, 5 min 97-si “ictimai təxribat”, qalanları isə “mülkiyyətə ziyan vurma” kimi müxtəlif cinayətlər olub.

Bu ilin may ayında açıqlanması gözlənilən BKA hesabatında dekabr ayında törədilən cinayətlər də əlavə olunacağı üçün yekun rəqəmin daha yüksək olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu