Çin dünyanın ən böyük bəndini tikəcəyini açıqlayıb


Çinin Tibet Muxtar Bölgəsində dünyanın ən böyük hidroelektrik layihəsini inşa edəcəyi açıqlanıb.



Bildirilib ki, Çinin Himalay dağlarının şərqində, Yarlung Tsangpo çayının aşağı axarında Tibet yaylasında qurmağı planlaşdırdığı bəndin tikintisinə icazə verilib. İldə təqribən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal etməsi gözlənilən bəndin Çinin və dünyanın ən böyük su elektrik stansiyası olan, ildə 88,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edə bilən Hubey əyalətindəki Üç Vadi bəndinin üç qatından çox quraşdırılmış gücə sahib olacağı qeyd edilir.

Tikintisinin 1 trilyon yuana başa gələcəyi təxmin edilən bəndin bu günə qədər dünyanın ən bahalı infrastruktur layihəsi olacağı gözlənilir.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu