Bəşər Əsəd ölkədən necə qaçdığını açıqlayıb
Bəşər Əsəd ölkədən qaçdıqdan sonra verdiyi ilk açıqlamada münaqişələr zamanı Rusiya bazasına sığındığını və Moskvanın göstərişi ilə oradan aparıldığını deyib.
Əsəd Suriyada devrilmiş Baas rejiminin rəsmi sosial media hesablarından ölkədən qaçması ilə bağlı yazılı açıqlama verib.
Təhlükəsizlik səbəbindən açıqlama verməsinin vaxt aldığını bildirən Əsəd Suriyadan qaçmasının planlaşdırılmadığını və dekabrın 8-i səhərə qədər Dəməşqdə qalaraq vəzifəsini davam etdirdiyini deyib.
Əsəd müxaliflərin Dəməşqə çatdığı zaman Rusiya ilə koordinasiyalı şəkildə toqquşmaları idarə etmək üçün Latakiyaya getdiyini, Hmeymim Hava Bazasına gəldikdə isə rejim qüvvələrinin hərbi mövqelərini itirdiyi məlum olub.
Sığındığı Rusiya hərbi bazasına da pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını iddia edən Əsəd, dekabrın 8-i axşam saatlarında Moskvanın Hmeymim Hava Bazası Komandanlığına onun üçün təcili olaraq Rusiyaya evakuasiya təşkil etmək göstərişi verdiyini bildirib.
Əsəd hadisələr zamanı geri çəkilməyi və ya sığınacaq istəməyi heç vaxt düşünmədiyini söyləyib.