HƏMAS məhbus mübadiləsi razılaşması əldə etmək istədiyini açıqlayıb

Fələstinin HƏMAS hərəkatı İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasına və əsirlərin mübadiləsi üçün razılığın əldə olunmasına sadiq olduğunu bildirib.
Bu barədə məlumat HƏMAS-ın yaranmasının 37-ci ildönümü ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir ki, hərəkat Fələstin xalqına kömək etmək, İsrail qoşunlarının dağıddıqları əraziləri bərpa etmək və əsirlərin mübadiləsinə dair razılığa gəlmək də daxil olmaqla istənilən real və ciddi təşəbbüslərə açıqdır.