Haniyə: Qəzzada müharibəni dayandıracaq istənilən razılaşmaya müsbət yanaşırıq


HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılması və əsirlərin dəyişdirilməsi əsasında istənilən razılaşmaya müsbət və ciddi yanaşacaqlarını bildirib.


HƏMAS-ın dərc etdiyi yazılı açıqlamada Haniyə deyib ki, təşkilat danışıqları xalqın iradəsini və qəhrəmancasına müqavimətini təmsil edən mövqe ilə aparır.

HƏMAS lideri vurğulayıb ki, İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılması və əsirlərin mübadiləsi əsasında istənilən razılaşmaya müsbət və ciddi yanaşacaqlar.

Həniyə işğal altındakı Şərqi Qüdsdə fanatik yəhudilərin təxribatçı “bayraq yürüşü”nə reaksiya verərək deyib: “Qüdsdəki köçkünlərin çılğınlığı Qüdsün münaqişənin mərkəz nöqtəsi olduğunu və işğal bitənə və paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulmayana qədər xalqımızın sülh içində olmayacağını təsdiqləyir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu