"WhatsApp" və "Instagram"da kəsinti sona çatdı: Meta yenidən onlayndır


Çərşənbə günü Meta tətbiqlərində yaşanan qlobal giriş problemindən sonra "WhatsApp" və "Instagram" yenidən açılıb. Lakin “Facebook”dakı problemlərin tam həll olunub-olunmadığı hələlik təsdiqini tapmayıb.



"Meta" X platformasında verdiyi açıqlamada "Bizimlə olduğunuz üçün təşəkkür edirik! Problemlərin 99 faizini həll etdik, son yoxlamaları edirik. Kesintidən təsirlənən hər kəsdən üzr istəyirik" deyib.

"Downdetector" xəta izləmə platformasına görə, fasilə zamanı 22 mindən çox istifadəçi "Facebook"da, 18 mindən çox istifadəçi isə çərşənbə günü axşam "WhatsApp"da giriş problemləri ilə bağlı məlumat verib.

Problemlər Birləşmiş Krallıq, Avropanın bəzi hissələri, Asiya, Avstraliya, Cənubi Amerika və ABŞ kimi bir çox fərqli coğrafiyada hiss olunub.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu