Gələn ilin bayram günləri açıqlandı


Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.


AFN.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.

Nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Qeyd edək ki, 22 və 23 mart tarixləri şənbə-bazar günlərinə təsadüf etdiyi üçün martın 25-i və 26-sı da qeyri-iş günləri olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu