Qanada keçirilən prezident seçkilərində əsas müxalifət partiyasının namizədi qalib gəlib
Qanada dekabrın 7-də keçirilən prezident seçkilərində ana müxalifət partiyası olan Milli Demokratik Konqresin (MDK) namizədi Con Dramani Mahama qalib gəlib.
Müstəqil Seçki Komissiyasının sədri Jan Mensa mətbuat konfransında bildirib ki, dekabrın 7-də keçirilən prezident seçkilərində 276 seçki dairəsindən 267-də səslərin hesablanması prosesi başa çatıb.
Mahamanın 56,55 faiz səs topladığını bildirən Mensa hakim Milli Vətənpərvər Partiyasının (MPP) namizədi, hazırkı vitse-prezident Mahamudu Bavumianın 41,61 faiz səs topladığını qeyd edib.
Mensa Con Dramani Mahamanı ölkənin yeni prezidenti elan edib.