Tayvanlı məşhur yazıçı Chiung Yao qeyd buraxaraq intihar edib
"My Fair Princess" romanı ilə tanınan Tayvanlı yazıçı Chiung Yao qeyd buraxaraq intihar edib.
Sevgi romanları ilə tanınan yazıçının Tamsuidəki evində ölü tapıldığı açıqlanıb.
Yaonun vida məktubunda "Mən qığılcımam və bütün gücümlə yandım. İndi alov sönməzdən əvvəl zərif bir şəkildə getmək üçün bu yolu seçirəm" yazdığı öyrənilib.
Yazıçı qeydində qocalığın zəifliyindən əziyyət çəkməmək və nə vaxt, harada və necə öləcəyini taleyin öhdəsinə buraxmamaq üçün həyatına son qoyduğunu qeyd edib.
Qeyd edək ki, əsl adı Çen Çe olan Chiung Yao 1938-ci ildə Çində anadan olub. 1949-cu ildə Kommunist İnqilabından sonra ailəsi ilə birlikdə Tayvana köçüb.
O, dünyanın ən çox satılan Çin dilində kitab müəlliflərindən biri olub.
Mənbə: Haber Global