Neftin qiyməti enərsə, ehtiyat addımlarımız var - nazir


“Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə də Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb”.


“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Bildiyimiz kimi neft qiymətlərinin proqnozunda üç ssenari var: optimist, baza və pessimist. Bizim büdcə proqnozları baza ssenarisi üzərində qurulub. Və baza ssenaridə neftin qiyməti 70 dollar götürülüb. Pessimistdə isə bu qiymət 60 dollar səviyyəsində götürülür.

Neftin qiyməti enərsə, büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azalması proqnozlaşdırılır. Bu bizi o qədər də sarsıdan fakt ola bilməz. Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir. Cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik. Növbəti il bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, bu mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”, - deyə nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu