İran təminat verib: Trampı sıradan çıxarmaq planı yoxdur


İran tərəfi ABŞ-a yazılı təminat verib ki, Tehran yenidən ABŞ-ın keçmiş prezidenti Donald Trampı sıradan çıxarmaq niyyətində deyil.


AFN.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” Amerikanın yüksək rütbəli məmurlarına istinadən yazır.

“İran keçən ay Bayden administrasiyasına Donald Trampı öldürməyə çalışmadığına dair yazılı təminat verdi”, - deyə nəşr yazır. Bildirilir ki, bu təminat oktyabrın 14-də verilib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Trampa qarşı sui-qəsd cəhdlərində iştirakı ilə bağlı ittihamları əsassız adlandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu