Şimali Koreya kamikadze PUA-larını sınaqdan keçirib


Şimali Koreya lideri Kim Çen Inın müşayiəti ilə kamikadze pilotsuz uçuş aparatlarını (PUA) müxtəlif sınaqlardan keçirib.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Pilotsuz Hava Texnologiyaları Kompleksinə (UATC) bağlı institut və müəssisələrin istehsal etdiyi kamikadze PUA-lar sınaqdan keçirilib.

Sınaqlar zamanı müxtəlif təyinatlı PUA-ların təyin olunmuş marşrutlar üzrə uçduqdan sonra müxtəlif məsafələrdə istifadə olunaraq hədəfləri vurma qabiliyyəti yoxlanılıb.

Sınaqlarda iştirak edən Kim buradakı çıxışında bildirib ki, dünyada PUA-ların innovativ texnologiya və hərbi imkanların əsas vasitəsi kimi istifadəsinə dair rəqabət getdikcə geniş vüsət alır.

Kim bildirib ki, PUA-ların böyük və kiçik münaqişələrdə istifadə edilməsi əsas hərbi zərurət olaraq ortaya çıxan bir tendensiyadır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu