Atəşfəşanlıqdan qorxan panda balası öldü


Şotlandiyada nəsli kəsilməkdə olan qırmızı panda balası zooparkın yaxınlığında atəşfəşanlıqdan qorxduğu üçün ölüb.



Şotlandiyada nəsli kəsilməkdə olan qırmızı panda balası zooparkın yaxınlığında keçirilən festivalda atılan atəşfəşanlıqdan qorxub. Qorxu stresinə dözə bilməyən panda balası həyatını itirib.

Böyük Britaniyanı təşkil edən 4 dövlətdən biri olan Şotlandiyanın Edinburq Zooparkında baş verən hadisədə qırmızı panda balasının atəşfəşanlıq səsindən yaranan qorxudan öldüyü ifadə edilib.

Zooparkın bəyanatında deyilir: “Biz nəsli kəsilməkdə olan qırmızı panda balamız Roksinin şənlik atəşi gecəsində ölümündən sonra atəşfəşanlığa daha sərt məhdudiyyətlər qoymağa çağırırıq. Mütəxəssis baytarlıq komandamız hesab edir ki, üç aylıq Roksi ərazidə atəşfəşanlığın yaratdığı stress nəticəsində ölmüş ola bilər. Biz atəşfəşanlıqların ictimaiyyətə satışını qadağan etmək və yalnız təşkil olunmuş tədbirlərdə nümayişə icazə vermək çağırışlarını dəstəkləyirik”.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu