"Nissan" 9 min iş yerini ixtisar edəcək


Yaponiyanın "Nissan" avtomobil korporasiyasının 2024-cü maliyyə ilinin birinci yarısında xalis mənfəəti 93,5% azalıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, korporasiya bu səbəbdən dünya üzrə 9 min iş yerini ixtisar etmək qərarına gəlib. Müvafiq məlumat və maliyyə hesabatları şirkətin mətbuat konfransında təqdim olunub.

Açıqlamalardan göründüyü kimi, istehsal 20% azalacaq. Hesabat dövründə xalis mənfəət 19,2 milyard yen (təxminən 124,6 milyon dollar) təşkil edib.

Zəif performansın səbəblərindən biri Çində satışların 14,3% azalmasıdır. Çin istehsalçılarla rəqabət qlobal satışları 3,8% azaldıb.

ABŞ-da satışlar da hibrid avtomobillərə artan tələbat səbəbindən nəticə vermir. "Nissan" isə hələlik müvafiq avtomobillər seriyasını təqdim edə bilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu