90 nəfər Rusiya vətəndaşı Livandan təxliyə edilir
90 nəfər Rusiya vətəndaşı Livan sakinlərinə humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Beyrutdan vətənlərinə gəlir.
AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Livan Respublikasına ərzaq, uşaq qidası, dərmanlar, çadırlar, döşəklər və digər zəruri əşyaların daxil olduğu 24 ton humanitar yardımın çatdırılması üçün həyata keçirilib”, - deyə Livandakı Rusiya səfirliyindən bildirilib.
Əlavə edilib ki, hərbi əməliyyatlar nəticəsində çətinlik çəkən 90 nəfər Rusiya vətəndaşı həmin təyyarə ilə vətənlərinə qaytarılacaq.