Vergi borcu olan şirkət reklam qanunvericiliyini də pozub


"Veranda Resort Hotel Villas" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.


Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır.

Qeyd edək ki, qanuni təmsilçisi Xəlilli Seymur Nərman oğlu olan "Veranda Resort Hotel Villas" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 41609.25 manat vergi borcu var. Şirkət Xəzər rayonu Mərdəkan qəsəbəsində "Veranda Hotel"i fəaliyyət göstərir. Şirkətin Bakı şəhərində müxtəlif ünvanlarda restoranlar şəbəkəsi mövcuddur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu