Qadınlar kateqoriyasında yarışan boksçunun kişi olduğu üzə çıxıb


2024-cü il Paris Olimpiadasında qadınlar arasında boksda qızıl medal qazanan əlcəzairli boksçu İmane Xelifin cinsiyyət kimliyi sızdırılan sağlamlıq hesabatı ilə gündəmə gəlib.



Fransız jurnalist Djaffar Ait Aoudia tərəfindən əldə edilən və ictimaiyyətə açıqlanan hesabata görə, Xelif XY xromosomlarına malikdir.

Bu vəziyyətin 5-alfa reduktaz çatışmazlığı deyilən bir xəstəliyə işarə etdiyi ifadə edilir.

Parisdəki Kreml-Bicêtre Xəstəxanası və Əlcəzairdəki Mohamed Lamine Debaghine Xəstəxanasının mütəxəssisləri tərəfindən 2023-cü ilin iyun ayında hazırlanan hesabatda Xelifin bioloji xüsusiyyətləri qeyd edilib.

Hesabatda Xelifin uşaqlığının olmadığı ortaya çıxıb. Bu hadisə əslində yeni deyil.

Qeyd edək ki, daha əvvəl Xelifin XY xromosomlarına malik olması gündəmə gətirilib və Beynəlxalq Boks Assosiasiyası (IBA) onun 2023-cü ildə Yeni Dehlidə keçirilən Dünya Çempionatında qızıl medal uğrunda mübarizədə iştirakını qadağan edib.

Mənbə: Hindustan Times



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu