ABŞ-da elektrik stansiyasına bombalı hücum planlaşdırdığı iddia edilən şəxs yaxalanıb


ABŞ-da 60-cı prezident seçkiləri davam edərkən Tennessi ştatında böyük elektrik paylayıcı zavoda bombalı hücum planlaşdırmaqda ittiham olunan şəxs saxlanılıb.



Ədliyyə Nazirliyi Neşvil şəhərində elektrik paylama mərkəzinə hücum etməyə hazırlaşan sağçı qruplarla əlaqəsi olan 24 yaşlı Skayler Filippinin ələ keçirildiyini açıqlayıb.

Baş prokuror Merrik B. Qarland qeyd edib ki, Filippinin pilotsuz uçuş aparatına C-4 partlayıcıları taxaraq hücuma hazırlaşdığı müəyyən edilib.

Filippinin noyabrın 13-də hakim qarşısına çıxacağı gözlənilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu