KİV: Tayvan ABŞ-dan min ədəd hücum PUA-sı almaq niyyətindədir
Tayvan administrasiyası ABŞ-dan min ədəd hücum pilotsuz təyyarəsi almaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, ada rəhbərliyi yaxın vaxtlarda "AeroVironment" və "Anduril Industries" şirkətlərinin istehsalı olan dronları almağı planlaşdırır.