“Microsoft” Qəzzadakı ölümlərə səssiz etiraz edən iki əməkdaşını işdən çıxarıb


"Microsoft" Qəzzada həyatını itirənlərin xatirəsinə səssiz etiraz təşkil edən iki əməkdaşını işdən çıxarıb.


İşçilər Abdo Mohamed və Hossam Nasr "Associated Press"ə (AP) bildiriblər ki, onlar şirkətin Vaşinqtondakı Redmond şəhərciyində “Qəzzada soyqırım qurbanlarını anmaq və "Microsoft"un bu soyqırımda iştirakına diqqət çəkmək” üçün səssiz etiraz aksiyası təşkil ediblər.

Bu etirazın "Microsoft"un təsdiq etdiyi və ehtiyacı olan insanlar üçün təşkil etdiyi digər ianə kampaniyalarına bənzədiyini bildirən işçilər, təşkil etdikləri aksiyadan bir neçə saat sonra işdən çıxarıldıqlarını öyrəndiklərini qeyd ediblər.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda yaxınlarını itirən bir çox insanın şirkətə daxil olduğunu vurğulayan Məhəmməd, "Microsoft" bizim bir araya gələ biləcəyimiz, ağrılarımızı paylaşa biləcəyimiz və heç bir şey edə bilməyən insanların xatirələrinə hörmət edə biləcəyimiz bir məkan yarada bilmədi" - deyə bildirib.

İşçilər həmçinin "Microsoft"un bulud texnologiyasının İsrail hökumətinə satışına qarşı çıxan “Aparteid üçün Azure yoxdur” koalisiyasının üzvləri olduqlarını bildiriblər.

"Microsoft" hadisədən sonra verdiyi açıqlamada "bəzi işçilərin daxili siyasətə uyğun olaraq işdən çıxarıldığını" açıqlayıb, lakin mövzu ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu