İran İsrailin ABŞ ordusunun nəzarətində olan İraq ərazisindən zərbə endirdiyini açıqlayıb


İsrail İrana zərbələr endirmək üçün ABŞ ordusunun nəzarəti altında olan İraq ərazisindən istifadə edib.


AFN.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İsrail təyyarələri bu gün səhər İraqda, İranla sərhəddən 100 km aralıda ABŞ terrorçu ordusunun nəzarəti altında olan ərazidən istifadə edərək, açıq təcavüz nümayiş etdirərək beynəlxalq hüququ pozublar. Məlumatı "Tasnim" agentliyi yayıb.

“İran ballistik raketlərinin döyüş başlıqlarının beşdə biri ilə müqayisə oluna bilən çox yüngül döyüş başlıqları ilə təchiz edilmiş bir sıra orta mənzilli “hava-yer” raketləri İlam, Xuzistan və Tehran əyalətlərindəki bir neçə sərhəd radar stansiyalarına doğru atılıb" - deyə Baş Qərargahın açıqlamasında qeyd edilib.

Bəyanatda qeyd edilir ki, hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini ələ keçirib və heç bir İsrail təyyarəsinin İran hava məkanına daxil olmasına icazə verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu