Yəməndə son 3 ildə 273 poliomielit yoluxması qeydə alınıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) Yəməndəki ofisləri “Ümumdünya Poliomielitlə Mübarizə Günü” ilə bağlı birgə bəyanat yayıb.



Birləşmiş Millətlər Təşkilatı Yəməndə son 3 ildə 273 poliomielit xəstəliyinin qeydə alındığını və xəstəliyin ölkədə yayılmaqda davam etdiyini açıqlayıb.

Bəyanatda Yəmənin davam edən humanitar böhran və aşağı peyvənd nisbətləri səbəbindən son 3 ildə 273 yoluxmanın qeydə alınaraq, poliomielit virusu epidemiyası ilə mübarizəni davam etdirdiyi qeyd edilib.

Poliomielitin Yəməndə bir çox uşağın həyatını təhdid etməyə davam etdiyi və xəstəliyin yalnız peyvəndlə qarşısı alına bilən qalıcı, sağalmaz iflic və ya ölümə səbəb ola biləcəyi xəbərdarlığı edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu